Tanınmış klarnet ustası Hüseyn Məmmədoğlu parklanmaların qiymətinin artırılmasından narazılıq edib.
Lent.az-ın xəbərinə görə, o, Musiqi Akademiyasında təhsil aldığını, dərsə gələrkən avtomobilini saxlamağa yer tapmadığını bildirib.
“Mən həm öz adımdan, həm tələbə yoldaşlarım adından xahiş edirəm, burada pullu parklanma ləğv olunsun. Saatlarla dərsdə oluruq, gündəlik bu baha qiymətlərlə ödəmə eləmək imkansızdır. Bura nə parkdır, nə bulvardır, təhsil müəssisəsidir”, - o qeyd edib.
İzləyicilər isə Hüseynin şikayətini birmənalı qarşılamayaraq, “sənin ki, imkanın var. Niyə ağlayırsan?” yazıblar.
.