Məşhur aktyor Kvanç Tatlıtuğ bu günə qədər çoxlu sayda film və seriallarda müxtəlif səpkili obrazlar ifa edib. Bəs görəsən bu rollardan hansı Kıvançın öz xarakterinə daha uyğundur?
Lent.az-ın məlumatına görə, aktyor qatıldığı televiziya proqramlarından birində bu barədə danışıb.
“Bu günə qədər oynadığım rollardan yalnız “Kuzey – Güney” serialındakı Kuzey rolum üçün darıxıram. Mən daha çox Kuzeyə bənzəyirəm. Kuzey Tekinoğlu mənə çox yaraşdı. Bu rolu ifa edə bilmək üçün 19 kilo arıqlamalı olmuşdum”,- deyə Kıvanc Tatlıtuğ bildirib.