"Kiminsə qabağında  diz çöküb   həbsxanaya yemək aparmışam" - Emilin anası
19 fevral 2024 14:33 (UTC +04:00)

"Kiminsə qabağında diz çöküb həbsxanaya yemək aparmışam" - Emilin anası

“Emilin əzabını illərlə mən çəkmişəm. 37 il ona özüm baxmışam. Kirayələrdə qala-qala. Bəzi səhvlərinə görə Emil həbs olundu. Onun-bunun evini yığışdırıb, kimlərinsə qabağında diz çöküb Emil üçün həbsxanaya yemək aparmışam”. 

Lent.az-ın xəbərinə görə, bunu Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz xanım teleproqramlardan birinə açıqlamasında deyib:

“Emilin ölümü ilə məni yandırdılar. Emilin xəstəxanaya düşməsini və reanimasiyada olmasını mənə heç kim söyləmədi. Bacım oğlu “Instagram”dan övladımın ölüm xəbərini oxuyub mənə göstərdi. Son 2 ildə oğlumu görə bilmədim. Mənə imkan vermədilər ki, uşağımın heç olmasa ölüm yatağında üzünü görüm. Bunu Allah götürər?”. 

Qeyd edək ki, müğənni Emil Rəhmanoğlu ötən il 44 yaşında vəfat edib. Onun atası , Əməkdar artis Rəhman Rəhmanov dəfələrlə iki xanımı olduğunu, iki ailəyə baxdığını söyləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4818
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar