Bir il öncə şoumen Pit Devidsondan ayrılan Kim Kardaşyan tənhalığına son qoyub, yeni sevgiyə qucaq açıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Kim yeni sevgilisinin adını sirr kimi saxlayır.
O, qatıldığı proqramlardan birində şəxsi həyatı barədə sualı belə cavablandırıb:
“Dostlarım bir nəfərlə tanış olmağımı istəyirdilər. Nəhayət bu baş verdi. Sevgilim bütün standartlarıma uyğundur. Yalnız bu qədər deyə bilərəm”.