"Gedib qəbrini ziyarətə edəcəyəm. Onunla söhbət etmək istəyirəm”.
Lent.az xəbər verir ki, bu fikirləri müğənni Kərim mərhum həmkarı Rəhim Rəhimli haqqında səsləndirib. Qeyd edək ki, onlar bir-birlərindən küsülü idilər və Kərim Niyam Salami ilə aralarının dəyməsinə Rəhimin səbəb olduğunu deyib onu "Şeytan" adlandırmışdı.
"Sosial şəbəkə hesabımda da Rəhimin vəfatı ilə bağlı paylaşım etmək istəmədim. Ürəyimdən, içimdən gəlmədi. Amma məzarını gedib ziyarət edəcəyəm. Sözüm var ona, gedib danışacam. Onun rəhmətə getdiyini eşidəndə haqqımı halal etdim. Dedim, mənə qarşı nə etmisənsə, haqqı halal olsun. Allah günahlarını bağışlasın. O. indi qəbir əzabı ilə əlləşir. Son vaxtlar onun haqında çox söz-söhbətlər gəzir. Onun barəsində danışmaq istəmirəm. Qoy qulağı torpağında olsun",- müğənni bildirb.