Bir neçə gün öncə türkiyəli aktyor Kadir Doğulunun ikinci arvadının olması barədə söhbətlər gündəmə bomba kimi düşdü. Kadirin xanımı, aktrisa Neslihan Atagül əriylə əl -ələ pozlar verib, xəyanət iddialarının əsassız olduğunu dedikdən sonra söz-söhbət səngidi.
Lent.az-ın xəbərinə görə, hazırda “Bir küçük gün işığı” serialı ilə ekranlarda görünən tanınmış aktrisa Esra Deyirmançıoğlu da bu məsələyə münasibət bildirib.
Sosial Şəbəkə hesabından canlı yayım açan aktrisa “Kadir Doğulu mənimlə imam nikahına girib. Mən adı çəkilən xanımdan daha gənc, daha gözəl, daha bakirəyəm. Yox artıq, ayıb olsun, bu qədər də olmaz” deməklə hamını güldürüb.