Jurnalistlərin sualına cavab verməmək üçün görün nə etdi...
25 may 2022 20:50 (UTC +04:00)

Jurnalistlərin sualına cavab verməmək üçün görün nə etdi...

Qatıldığı məclislərin birində aparıcı Melike Öcalana “əlim kimə dəyir, məşhur olur, amma bir sənə dəydirmədim əlimi” – sözləriylə gündəm olan Mehmet Ali Erbil bu dəfə daha bir hərəkəti ilə gündəm olub.

Lent.az xəbər verir ki, o, bu hadisədən sonra məkanların birindən çıxarkən jurnalistlərin sual atəşinə məruz qalmamaq üçün qəribə üsula əl atıb. 

Belə ki, şoumen-aparıcı Mehmet Ali Erbil dostlarının qoluna girib məkandan çıxanda ağzına yapışqanlı bant vurub. Onun bu hərəkətini təəccüblə qarşılayan jurnalistlər davamlı suallar verən zaman xanım dostu “Danışması qadağandır, çünki hər sözü gündəm olur. Artıq danışmasa, daha yaxşıdır”, - dedi. 

Qeyd edək ki, aparıcı xanıma həqarət edəndən sonra Melike Öcalan “mən şokdayam, 20 ildir başıma belə bir şey gəlməmişdi”, - demişdi. 

Mehmet Ali Erbil və Melike Öcalan 

Mehmet Ali Erbil ağzını bantladı

# 2508
avatar

Nigar Namiq

Oxşar yazılar