Lent.az dedektiv film həvəskarları üçün 5 ən yaxşı filmin siyahısını təqdim edir.
İstirahət günlərinizə bu filmləri izləməklə vaxtınızı səmərəli keçirə bilərsiniz.
_1704697644.jpg)
“Komissar Montalbano”
Mafiozlar, qatillər, fırıldaqçılar, cazibədar xanımlar və digər cinayətkarlar komissar Salvo Montalbanonun məzuniyyət günlərini rahat keçirməsinə imkan vermirlər. Bu italyan filmini izləməyə dəyər.
_1704697673.jpg)
“Eyni binada qətl”
İstintaq heç də həmişə peşəkarlar tərəfindən aparılmır. Bu serialda qətli aktyor, rejissor və qonşu qadın araşdırır. Film Hollivudda istehsal olunub.
_1704697698.jpg)
“Komissar Martin Bek”
Komissar Martin Bek həm qətllərlə, həm də sosial ədalətsizlik, yoxsulluq, böhranların yaratdığı prolemlərlə məşğul olmalı olur. Film İsveçdə istehsal olunub.
_1704697720.jpg)
“Kapitan Marlou”
Ekstravaqant detektivlər alayına yeni qadın əməkdaş qatılıb. Jandarma kapitanı Malou həmişə eyni paltarı geyinir, köhnə maşın sürür, radikal feminist olmaqdan utanmır, kəskin zarafatları sevir.
_1704697740.jpg)
“Merdokun araşdırması”
Torontodakı polis bölmələrindən birinin detektivi Uilyam Merdok araşdırmalar zamanı təkcə psixoloji üsullardan deyil, həm də elm və texnologiyanın ən son nailiyyətlərindən fəal şəkildə istifadə edir.