Müğənni Vəfa Şərifova, ekstrasens Bayram Nurlu, müğənni Türkan Vəlizadə
12 iyul 2021 10:45 (UTC +04:00)

Müğənni Vəfa Şərifova, ekstrasens Bayram Nurlu, müğənni Türkan Vəlizadə

İki qadın söhbətində Bayram Nurlu COŞDU: "İtinə dayə axtarır..." - YENİ QALMAQAL

Azərbaycanlı müğənni Vəfa Şərifova itinə dayə axtarır.

Lent.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində bildirib:  “Moskvada özümə it aldım. İtimə sevgi göstərəcək şəxsə 800 manat maaş verəcəyəm”. 

Müğənni daha sonra bildirib ki, sevimli heyvanını Bakıya özü ilə gətirəcək. 

Vəfanın bu açıqlaması şou aləmində söz-söhbətə səbəb olub. Bir neçə gün öncə geyim mağazalarının sahiblərindən biri mətbuata açıqlamasında müğənni Türkan Vəlizadənin onlara 800 manat borcu olduğunu bildirib. Ekstrasens Bayram Nurlu "Instagram" səhifəsində paylaşım edərək bildirib ki, Vəfa bu açıqlaması ilə Türkana söz atır:

“Hər zaman düzünü danışan insanam. Dünən Türkanın 800 manat borcu olduğunu oxudunuz. Əslində tamaşaçıya Türkanın borcu yox, səsi və musiqiləri maraqlıdır. Bir həftə borcunu ödəməyibsə, o demək deyil ki, ödəməyəcək. Həyatda hər kəsin borcu ola bilər. Amma bir qadının üstünə bu qədər getmək olmaz. Bu mövzudan sonra Vəfanın bu gün çıxıb itinə 800 manata dayə axtarması əbəs yerə deyil. Vəfa, mahnılarını sevirəm, amma bu cür söz atmağa çalışma. Mən sənin kiməsə kömək etdiyini görməmişəm. Çıxıb hansı xəstəyə, qaziyə kömək etdin? Deyirsən ki, gizli edirəm. Açıq edin. Çünki başqa vaxt açıq edirsiz. İki-üç dəfə Moskvaya gedirsən, itinə dayə axtarırsan”. 


 

# 40410
avatar

Yalçın UĞUR

Oxşar yazılar