Sosial mediada paylaşım edən Ahmet Tatlıses, atasına qarşı dolayısı mesajlarla diqqət çəkib.
Lent.az xəbər verir ki, İbrahim Tatlıses ilə uzun müddət küsülü olan Ahmet, paylaşımında atasından sevgi görmədiyini, amma sevgisizliyi gözdən keçirdikcə sevməyi öyrəndiyini vurğulayıb.
"Sevgisizliyi gördükcə sevməyi öyrəndim"
Ahmet paylaşımında bunları bildirib:
“Mən atam tərəfdən sevgiyle böyümədim. Amma bu sevgisizliyi görüb sevməyi öyrəndim. Ömrümü verdim”.