Son zamanlar türkiyəli müğənni İbrahim Tatlıseslə oğlu Ahmet Tatlı arasında yaşanan gərginlik medianın gündəmindən düşmür.
Lent.az-ın xəbərinə görə, İbrahim Tatlısesin ilk evliliyindən doğulan Ahmet Tatlı atasının adından istifadə edərək “Tatlıses kabab” adlı restoran açmaqla onun qəzəbinə tuş gəlib.
İbrahim Tatlıses oğlunun heç bir əmək sərf etmədən onun artıq marka olmuş adından istifadə etməsi ilə razılaşmadığından məhkəməyə müraciət edib.
O, oğlunun “Tatlıses” markasından heç bir şəkildə istifadə etməməsini tələb edib.
İbrahim Tatlısesin müxtəlif qadınlardan 7 övladı var. O, qızı Dilana ilk oğlu Ahmetə heç bir maddi yardım göstərməyib.