İbrahim Tatlısəs
13 oktyabr 2021 06:05 (UTC +04:00)

İbrahim Tatlısəs

İbrahim Tatlısəs 12 ildən sonra konsert verdi - VİDEO

Məşhur türk müğənni İbrahim Tatlısəs silahlı hücumdan sonra keçirdiyi müalicə prosesi ilə 12 ildir ki, səhnədən uzaq idi.

Lent.az xəbər verir ki, Tatlısəs, Belarusiyanın paytaxtı Minskdəki bir oteldə 12 il sonra xaricdəki ilk konsertini verib. Populyar mahnılarını səsləndirən Tatlısəs səhnədə 2 saat dayandı. Səhnədən əvvəl jurnalistlərlə birlikdə şəhərdə gəzintiyə çıxan Tatlısəs göl kənarında barbeküdən zövq alıb.

Mətbuat nümayəndələri ilə söhbət edən məşhur türk müğənni, "Rəbbim dur demədikcə, bu mahnıları sevənlərim üçün oxumağa davam edəcəyəm. Allah mənə buraxdığım səhvləri düzəltmək şansı verib. Hər gün Allaha dua edirəm, səhvlərimi düzəltmək üçün mənə şans verməsi üçün dua edirəm. Başıma gələn bu pis hadisə məni çox dəyişib. İndi hər şeyi daha aydın görürəm. Daha pozitiv insan olmuşam. Ailəm, uşaqlarım, dostlarım və mahnılarımla birlikdə qocalmaq istəyirəm".

Tatlısəs 2 saat davam edən proqramda "Yalnızım", "Dostlarım", "Körpə" və "Mavi Mavi" kimi klassik mahnıları səsləndirib.

# 5775
avatar

Oxşar yazılar