Hollivudun “Buz kraliça” ləqəbli ulduzu Keyt Blanşet sənətini zirvədəykən buraxmağa qərar verib.
Lent.az-ın xarici medaiaya istinadən xəbərinə görə, “Oskar” mükafatına layiq görülmüş aktrisa sənətdən getməyə çalışdığını bildirib.
54 yaşlı aktrisa daha kameranın önündə yox arxasında dayanmaq, öz filmlərimi çəkmək zamanım gəlib çatdığını deyib.
Keyt Blanşet 3 oğul və bir qzı anasıdır. Çox uğurlu filmlərdə baş rollarda oynamış aktrisa tezliklə öz filmini təqdim edəcəyini deyib: “Hollivudda qadın rejissorların sayı çoxalmalıdır. Bunu arzu edirəm”.