Türkiyəli müğənni Hadisə aktyor sevgilisi Kaan Yıldırımdan ayırıb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Hadisə bu barədə sosial şəbəkədə bildirib:
“Sevgi çox gözəl hissdir. Hər şey sevgi ilə daha gözəldir. Bu hamının qorxmadan yaşamalı olduğu duyğudur. Amma bəzən sevgi olsa belə olmur.
Buna görə də bir qərara gəldim və bunu sizinlə paylaşmaq istədim. Kaan Yıldırımla yollarımızı ayırdıq. Ona həyatda xoşbəxtlik və uğur arzu edirəm. Hər zaman deyirəm, bizi sevgi və məhəbbət xilas edəcək. Həmişə sevgi olsun. Özünüzə yaxşı baxın”.