Məşhur model Özge Ulusoy açıqlaması ilə diqqət çəkib.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Özge Ulusoy, estetik əməliyyatları ilə bağlı suala "Yalnız burnumda estetik var. Botoks və dodaq dolğuları da etdirmişəm. Bundan başqa heç bir estetikim yoxdur”, - cavabını verib.
Özge Ulusoy sosial mediadan çox istifadə etmədiyini də bildirib. Sonra evlilik haqda danışan model, "Düzdür, gündə 50 evlilik təklifi alıram, amma heç birini ciddi qəbul etmirəm. Hamısı şirin bir zarafatdır”, - sözlərini əlavə edib.
Məşhur model Özge Ulusoy