Aktyor Fərda Xudaverdiyev
23 sentyabr 2021 09:51 (UTC +04:00)

Aktyor Fərda Xudaverdiyev

Görün Fərda nəyə görə boşanıb - XƏYANƏT və daha nələr

“İlk ailəmdən niyə boşandım? Bunu yalnız ilk evliliyimdən olan oğlanlarım Amin və Mətinlə danışacam”.

Lent.az-ın məlumatına görə, bu sözləri aktyor Fərda Xudaverdiyev “MTV”yə açıqlamasında deyib. O, ilk həyat yoldaşı və iki oğlunun anasından ayrılmasından danışıb

"Yenə də susuram, bunu oğullarımla danışacam. Heç onların fikrini öyrənib, görürsən, ata düzdür deməyəcəm. İki insan arasında münaqişə varsa, hansı birisini kənarda tutub danışsan, haqlı görünəcək. Burada danışsam haqlı görünəcəm, amma haqsız tərəflərim var.

"Sevgizsizlik, qayğısızlıq, dır-dır, susqunluq... Susqunluqdan pis nəsə yoxdur. Oğlanın anası sizin qəlbinizə dəyəcək nəşə deyibsə, onun acığını yoldaşından susaraq çıxmayın. Ailənizi qoruyun, bu incə cizgini qorumaq qadına düşür. Ərə getmək makiyaj, fotosessiya edib, gül atmaq deyil. Hər şey onunla başlayır. Bəlkə xoş günlərin içində də ən zəif günün, ya da ən xoşbəxt günün bu olacaq.

Sən hazır ailənin içinə gedirsən. Toyda da, nişanda da, xınada da gördün ki, ana oğulu nə qədər sevir. Ondan iki-üç gün sonra ana mənə bunu dedi, onu dedi olmaz. Ayrılmaq istəsəydim, niyə 7 il evli qaldım. Allah illər sonra Mətin və Aminə daha iki qardaş qismət etdi. Haqlıyam, səhvəm zaman göstərəcək. Allahın yazdığı yazıdır".

Fərda kişinin xanımına xəyanət etməsi məsələlərinə də toxunub: "Kişi xəyanət etməməlidir, amma etməyin də səbəbkarı qadındır: qayğısızlıq, sevgisizlik. Kişi sevgisizlikdən bu addımı atır: ya qayğısızdır, ya evdə dır-dır görür, hüzur yoxdur. Gedir dostlarla oturur, ora xanımlar qonaq gəlir, orada özünə qarşı sevgi, diqqət, hüzur görür. Deyir, niyə gedib bu saatımı evdə dır-dırla keçirim, oturum da burada. Bu gün tam olaraq xoşbəxtəm".

Qeyd edək ki, F.Xudaverdiyev ilk həyat yoldaşından ayrılıb və ikinci dəfə ailə qurub. Onun ilk nikahdan Amin və Metin, ikinci evliliyindən Raul və Rinat adlı iki oğlu var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33840
avatar

Yalçın UĞUR

Oxşar yazılar