Müğənni Elçin Cəfərov
30 noyabr 2021 14:47 (UTC +04:00)

Müğənni Elçin Cəfərov

"Gecələr evə gec gəlirdim, yolumu dəyişdim..." - Azərbaycanlı müğənni

Müğənni Elçin Cəfərov uşaqlıq illərindən danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "Özəl" verilişində bu sözləri deyib:

"Çox yaxşı uşaq olmuşam, amma 8-ci sinfə qədər... Dərs oxuyan idim. Valideynlərim məktəbə gedəndə, müəllimlər deyirdilər, gəlməyin, onunla bir problem yoxdur. Oğlan övladlarında bir yaşdan sonra dəyişmə olur. Məndə isə dəyişmə yox, lap dönmə oldu. 13 yaşımdan toylara getdim. Cibim bir az pul gördü. Bəlkə bunla bağlıdır, yolumu dəyişdim. Gecələr telefonu söndürürdüm. Bunlar məni incidən hadisələrdir. Çünki evdəkiləri incitmişəm. Bu gün hər şey yaxşıdır". 

# 31362
avatar

Yalçın UĞUR

Oxşar yazılar