Flora Kərimova yenə İlhamə Quliyevadan  DANIŞDI:   Elə sözlər dedi ki...
09 fevral 2024 18:41 (UTC +04:00)

Flora Kərimova yenə İlhamə Quliyevadan DANIŞDI: Elə sözlər dedi ki...

Xalq artisti Flora Kərimova teleproqramlardan birində  ömür boyu küsülü olduğu mərhum müğənni İlhamə barədə danışıb.

“İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Mən İlhamədən çox çəkmişəm. Deyirlər ki, ölən insanın arxasınca danışmazlar. Doğrudan, bu dünyadan köçən insanın arxasınca danışmazlar, yalnız həqiqətdən başqa.

İlhamə Quliyeva adama pislik edən insan idi. Ailəmin, qızımın, oğlumun haqqında o qədər xoş olmayan sözlər danışıb ki... Mən də bunlardan sonra “şişdim, şişdim, şişdim” və sonda “partladım”, - o bildirib.

Lent.az-ın xəbərinə görə, müğənni kədərli bir xatirəsini də paylaşıb: 

“Qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva mənə başsağlığı verən insanları evimdən qovdu. Mən bu məqamları unutmuram. Övladlarıma görə dözürdüm. Sonra dözmədim, getdim üstünə. İlhamə heç diri-diri də öhdəmdən gələ bilmirdi. Mən heç zaman heç kimin qarşısından qaçmamışam”. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16749
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar