Evlilikləri 40 gün çəkən aktrisanın keçmiş əri görün, nələr dedi?
03 dekabr 2022 14:55 (UTC +04:00)

Evlilikləri 40 gün çəkən aktrisanın keçmiş əri görün, nələr dedi?

Noyabrın 23-ü "DJ" Mert Aydınla rəsmi olaraq boşanan aktrisa Merve Boluğur haqqında yeni xəbər var.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, məhkəmədən sonra ilk dəfə açıqlama verən Mert keçmiş həyat yoldaşı haqqında xoşagəlməz fikirlər söyləyib.

Məkanların birindən çıxarkən jurnalistlərin suallarına tuş gələn "DJ" "Lazımsız insandır. Onun haqqında danışmağa ehtiyac yoxdur, unutmağa çalışıram”, - deyə, reaksiya verib.

Boşandığı gün jurnalistlərə "Hər şey üçün Merveyə təşəkkür edirəm" - deyən Mertin bu qalmaqallı açıqlaması birmənalı qarşılanmayıb. Merve isə məhkəmədən sonra danışmaqdan çəkinsə də, bitən münasibəti barəsində sosial şəbəkə hesablarında paylaşımlar edir.

Qeyd edək ki, Merve Boluğur daha öncə müğənni Murat Dalkılıçla evli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4668
avatar

Nigar Namiq

Oxşar yazılar