"Evli insan sevdim..." - Türkanın Pərvizlə bağlı etirafları - VİDEO
27 yanvar 2021 14:23 (UTC +04:00)

"Evli insan sevdim..." - Türkanın Pərvizlə bağlı etirafları - VİDEO

“Bu gün ailəm üçün sənətdəyəm. Əgər bir insan mənimlə ailə qurmaq istəsə, normal işi olsa, sənətdən getməyimi istəsə, bu sənətdən gedərəm”.

Bu sözləri müğənni Türkan Vəlizadə Lent.az-ın canlı yayımında qonaq olan zaman deyib. O, bildirib ki, heç bir zaman qeyri-rəsmi münasibət qurmaz:

“Bizlə ailə quran insan bizi elə sənətdə görüb bəyənir. Heç bir zaman evli insan sevə bilmərəm. Mənimlə ailə qurmaq istəyən insanlar olub ki, evli olub, boşanıb, uşaqları da var. Mən də razı olmamışam. Çünki özümə belə şeyləri icazə vermərəm. Kiminsə həyat yoldaşı və uşağı ilə ömrümü niyə çürütməliyəm ki? Hər şeyin ilki yaxşıdı. Qeyri-rəsmi münasibətin bir sonu var.

Bir neçə il öncə bir oğlan mənimlə ailə qurmaq istəyirdi. Toya hazırlaşırdıq, amma sonra bildim ki, ailəli olub.  Ona görə də ayrıldım. Ziyanın yarısından qayıtmaq yaxşı şeydir”.

Türkan meyxanaçı Pərviz Bülbülə barədə də danışıb. O, bildirib ki, Pərvizin dəstəyini heç bir zaman unutmur.

Qeyd edək ki, T.Vəlizadənin digər açıqlamalarına aşağıdakı videoda baxa bilərsiniz.

# 55449
avatar

Yalçın UĞUR

Oxşar yazılar