Uzun müddətdir izləyicilərinin gözünü yolda qoyan “Eşkiya dünyaya hükümdar olmaz” serialı yeni sezon bölümünün fraqmanını artıq tamaşaçıları ilə bölüşüb.
Lent.az xəbər verir ki, Türkiyənin ATV telekanalında yayımlanan serial çərşənbə axşamı, 26 oktyabrda 200-cü bölümü ilə efirdə olacaq.
Baş rollarında Oktay Kaynarca, Uğur Yücel, Yunus Emre Yıldırımer və Ozan Akbabanın yer aldığı serialda yeni aktyorların da rol alacağı deyilir.