Ərindən Laləyə SİLLƏ KİMİ CAVAB   – BOŞANMA SƏBƏBİNİ AÇIQLADI
12 noyabr 2021 15:37 (UTC +04:00)

Ərindən Laləyə SİLLƏ KİMİ CAVAB BOŞANMA SƏBƏBİNİ AÇIQLADI

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov barədə söylədiyi ittihamlar cavabsız qalmayıb.

Lent.az-a açıqlama verən İ.Qafarov bu sözləri deyib: 

“Lalə hər dəfə çıxıb mənlə boşanmasından danışır, mən cavab vermirəm. Çünki övladlarımın gələcəyini düşünürəm. Öladlarım böyüyəndə açıqlamaları görüb, narahat olmasın. Amma o bu məsələləri düşünmür. Hər dəfə bu mövzuda danışır, saytlar yazır, reklam olunur. Bir dəfə danışdın, bitdi də. Hər dəfə bu mövzudan danışmağın mənası nədir? Deyir ki, məni sevmədən ailə qurub. Gülməlidir. Əgər sevmirdinsə, 9 il fasilədən sonra ikinci uşağı niyə məndən dünyaya gətirirdin? Sevmirdinsə, niyə 9 il vaxtımı alırdın? Deməli sənin çirkin fikirlərin var imiş. 

Mənim ondan yaş fərqim, həyat təcrübəm çoxdur. Düşüncəmiz fərqlidir. İndi mənim başqa ailə var, oğul atasıyam. Bu cür açıqlamalar verməklə, ürək bulandırmasın. Nöqtə qoyulmuş bir mövzuya bir də qayıtmasın”. 

İ.Qafarov Lent.az-a L.Məmmədova ilə boşamasının əsl səbəbini bu cür izah edib:

“Bu evliliyi niyə bitirdim? Əsl səbəbi, onun mənim anama hörmətsiz davranması oldu. Anamla yola getmədi, özünü pis apardı mən də ondan boşanmağa qərar verdim”. 

Qeyd edək ki, L.Məmmədova “Səhər Mərkəzi”nə açıqlamasında keçmiş əri barədə bu sözləri demişdi: “Qızlarım ataları ilə qalmaq istəsə, hörmətlə yanaşaram: ananı ata, atanı ana əvəzləmir. Ataları ilə yaşamaq istəsələr hörmət edərəm.
Övladlarımı da düşünürəm, efirə çıxıb ataları haqda danışmıram, qızlarımı yaralamaq istəmirəm... Təəssüf ki, qarşı tərəf bunu anlamır.

Qadın istəyirsə, kişini yanında saxlayar. Yəqin ki, özüm istəməmişəm. Sevib ailə qurmadım, sadəcə, qarşılıqlı hörmət var idi”.

# 63114
avatar

Yalçın UĞUR

Oxşar yazılar