"Ər çörəyi yemək istəyərdim"   - Nəfəs - VİDEO
14 oktyabr 2022 17:59 (UTC +04:00)

"Ər çörəyi yemək istəyərdim" - Nəfəs - VİDEO

"Heç kim mənim üçün əziyyət çəkməyib. Ailəmdən başqa, üzərimdə möhkəm əziyyəti olan insan yoxdur".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Nəfəs deyib. Aparıcının "səndə nə güclüdür? İradən, nəfsin, yoxsa qarğışın?" sualına ifaçı belə cavab verib:

"Əslində, üçü də güclüdür. İradəm də var, nəfsim də. Nəfsim necə var? Yəni, kimsə qəlbimi qırırsa, mütləq ziyan tapacaq. Bu da bilirsiniz nədən irəli gəlir? Təmiz qəlbə toxunmaq olmaz. İradəm var, çünki möhkəm olmaq istəyirəm. Qarğışım da elə nəfsə bərabərdir. Məni incitməyin ki, qarğışım tutmasın sizi. 

Yaxşı bir söz var, deyirlər, "kaş ki, hər xanım öz həyat yoldaşının çörəyini əziyyət çəkmədən yeyə bilsin".

Mən də ər çörəyi yemək istəyərdim. Amma hərənin alnına bir yazı yazılıb. Yəqin ki, mənim də alnıma kişi kimi pul qazanıb, öz çörəyimi yemək yazılıb". 

Müğənni nəfəs ər çörəyindən danışdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4533
avatar

Nigar Namiq

Oxşar yazılar