“Kabinetlərdə elə gözəl məclislər keçirilir ki, şou proqram da yalan olur, toy da. Orada olan pullar heç yerdə yoxdur. Artıq müğənnilər pulları kabinetlərdəki məclislərdən qazanırlar. Bəlli iş adamları var ki, onlar öz məclislərinin kabinetlərdə keçirirlər və məni də ora dəvət edirlər. Elə gəşəng qonorar verirlər ki...”
Lent.az xəbər verir ki, bu sözləri müğənni Təranə Musayevanın qızı, müğənni Qumral qonaq olduğu verilişdə deyib.
“Ən çox pul və yaxşı məclislər kabinetlərdə olur. Kabinet dediyimiz yer bahalı restoranların kabinetləridir. Bəzi məclislər isə böyük bağlarda təşkil olunur. Bahalı restoranların kabinetlərinə getmək üçün külli miqdarda depozit ödəmək lazımdır. Buna görə də ora hər adam girə bilmir. Orada bəlli iş adamları oturur. O iş adamlarının dar çərçivəsi var. Mən də o məclislərdə ifa edib gəşəng pul qazanıram”, - o əlavə edib.