Türkkiyənin kino ulduzu müğənni-aktrisa Emel Sayın sosial şəbəkədə atmacalı foto paylaşıb.
Lent.az xəbər verir ki, o, gənclik illərindəki şəklini "Instagram" hesabında paylaşaraq "Of, of, bir zamanlar fotoşopa heç ehtiyac yox idi" qeydini yazıb.
76 yaşlı sənətçinin bu atmacalı paylaşımı xeyli müzakirələrə səbəb olub. Belə ki, fotoşop etdirən məşhur simaların "bostan"ına daş atdığı bəlli olub.
Qeyd edək ki, Emel Sayın "Mavi boncuk", "Feride", "Gülizar" kimi bir çox filmdə rol alıb. Bundan başqa, "Yağdır Mevlam su", "Duydum ki, unutmuşsun", "Rüyalar gerçek olsa" və s. ifaları məşhurdur.