Əməkdar artist Kubra Əliyevanın qızı Sevil ilk dəfə efirə çıxıb.
Lent.az-ın məlumatına görə, "Elgizlə izlə" proqramına gələn Sevil iki qızı və iki nəvəsi olduğunu deyib.
O bildirib ki, Türkiyədə yaşayır:
"34 yaşımda olanda yoldaşımı itirdim. Onun 42 yaşı var idi. Rusiyada yaşayırdıq, Birinci Qarabağ savaşında xəstəlik tapdı. Sonra ailə qurmadım. 10 il kardiologiyada çalışdım, uşaqlarımı böyütdüm. Anam üz fəlçi keçirdi, qardaşım universitetə girdi, digər qardaşım Rauf yarımçıq həyat yaşadı. Köçdüm Türkiyəyə, 21 ildir orada yaşayıram. Tibb təhsilimi təsdiqlətdirdim".