Əməkdar artist Dilarə Əliyeva 1 yaşlı nəvəsi Aygülü ilk dəfə efirə çıxarıb.
Lent.az-ın məlumatına görə, aktrisanın nəvəsi "Söhbət var" verilişinə Qar qızı obrazında gəlib. D.Əliyeva nəvəsi barədə bu sözləri deyib: "Nənə olmağı sözə çevirə bilməyəcəm. Bir onu bilirəm ki, içində elə böyük bir sevgi daşıyırsan, hər saniyən məhəbbətlə keçir".
Qeyd edək ki, Aygül D.Əliyevanın qızı Aytənin övladıdır. Aytən Sadiq adlı şəxlə ailə qurub.