Əməkdar artist Könül Kərimova sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı yayılan videoya münasibət bildirib.
Lent.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:
"Ürəyim qısıldı... Səni zəlil qalasan. Əllərin qırılıb yanına düşsün. O uşaq sənin dediyini başa düşmür axı. Yazıq uşaq çörəyini yemək istəyir. Qolların sınsın, niyə qoymursan? Allah bəlanızı versin. Anası da kor qalsın, elə bağçaya, tərbiyəçiyə uşaq etibar edərlər? Bir baxın, axtarın sonra...
Bu bağçanı, o qadını tanıyan varsa, mənə yazın. Onu tapıb sillənin yekəsini onun başına vuracağam".