Əməkdar artist Nigar Şabanova ikinci dəfə ailə qurmağa hazırlaşır.
Lent.az-ın məlumatına görə, nişanlısı ilə şəklini sosial şəbəkədə paylaşan müğənni bu sözləri yazıb: “Düşmənin üzü hər zaman qara olsun. Onlara görə sənin üzünü açıq paylaşa bilmirəm. Bu gün xidmətdəsən, təəssüflər olsun ki, özəl gününü qeyd edə bilmədik. Özün demişkən, öncə vətən. Doğum günün mübarək, həyatımın nuru. Xoş gəldin dünyama, dünyaya".
Xüsusi Təyinatlı Qüvvələrin giziri ilə nişanlanan Nigar oktyabrın 20-də gəlinlik geyinəcək. O artıq özəl gününə şou-biznesin bir çox tanınmışlarını dəvətnamə göndərib.