Əməkdar artist iki qızının boşanmasından DANIŞDI
15 noyabr 2021 18:00 (UTC +04:00)

Əməkdar artist iki qızının boşanmasından DANIŞDI

Əməkdar artist Almaz Ələsgərli qızları Mədinə və Əminənin illər əvvəl ailə qurub boşanmasından söz açıb.

Lent.az-ın məlumatına görə, müğənni "Onun sirri" verilişində bu sözləri deyib: "Uşaqlarıma görə pis günlərə qalmışam. Hər ana, ata istəyir övladı xoşbəxt olsun. Qızlarım ailə qurdu, amma dalbadal ikisi də ayrıldı. şükürlər olsun ki, indi böyük qızım ailə qurub. İki nəvəm var. Bu yaxınlarda üçüncü nəvəm də dünyaya gələcək. Həyat davam edir, hər qazanın öz qapağı var. Hamının həyatında bu iş ola bilərdi. Hər şeyə biz hazır olmalıyıq. Elə bilirdim ki, qızlarım ailə quranda yaxşı olacaq. Yaxşı yaşamaları üçün canımı verdim, amma alınmadı. Gedib toyda oxuyanda da elə bilirdim toy üstümə gəlir. Deyirdim, axı niyə? Qızlarımı elə böyütdüm, tərbiyə verdim, hər şey etdim. Niyə onlar ayrıldı?".
 

# 6828
avatar

Yalçın UĞUR

Oxşar yazılar