Aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Müşfiq Şahvverdiyev
01 iyul 2021 12:02 (UTC +04:00)

Aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Müşfiq Şahvverdiyev

Əməkdar artist Fərdanı, Elməddini, Müşfiqi BİABIR ETDİ: "Kişi olmaq..."

Əməkdar artist Vahid Əliyev aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev barəsində qalmaqallı açıqlama verib.

Lent.az-a açıqlama verən 69 yaşlı aktyor bildirib ki, Elməddini, Fərdanı və Müşfiqi aktyor hesab eləmir. O qeyd edib ki, onları özünə həmkar saymır: 

“Müşfiqi ikinci kursdan İncəsənət Universitetindən çıxarıblar. Milləti təhqir etmək olmaz. Açırsan efiri, ancaq rayon əhlinin ağızlarına əyirlər. Bu nə qədər davam edəcək? 

Elməddin də universitetin tarixini bitirib. Bir dəfə Elçin Əlibəyli məndən soruşdu ki, Elməddin necə aktyordur? Dedim ki, bu dəqiqə deyərəm. Başa düşdüm ki, Elçin ürək sözlərini mənim vasitəmlə demək istəyirdi. Elməddindən soruşdum ki, Ədil İsgəndərov kimidir? Söylədi ki, bilmirəm. Ona baxıram, bir ad qoya bilmirəm.

Sözün açığı, Fərda da mənə çatmır. Serialda çəkilib, adını da bilmirəm. Onların savadı yoxdur. Bu sahədə savad alsaydılar, öz yollarını tapa bilərdilər. Bu gün onlarda o savad olmadığına görə tamaşaçının da zövqünü korlayırlar. Biz peşəkarlar tamaşaçıya nə qədər zövq versək də, qeyri-peşəkarlar onların zövqünü pozur. Aşıq gördüyünü çalar. Tamaşaçı hər gün onları görür. 

Aktyor daha sonra bildirib ki, onlara müəllimlik etməyə, dərs keçməyə də hazırdır: “Öyrənmək heç zaman gec deyil. Mən özüm Yusif müəllimdən öyrənmişəm. Burda qəbahət nəsə yoxdur. Həyatda kişi olmağı atamdan öyrənmişəm. Amma teatrda, sənətdə simanı itirməmək, kişi olmaq, bunları Yusif müəllimdən öyrəndim. Allah ona rəhmət eləsin”. 

V.Əliyev sonda bildirib ki, Elməddindən, Fərdadan, Müşfiqdən fərqli olaraq “Bu şəhərdə”nin aktyorları, əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov istedadlıdır: 

“Rafaellə Coşqunun aktyorluğu məni qane edir. Sadəcə, onlarda təkrarçılıq çox olur. O da ssenaristin bir nəfər olmasından irəli gəlir. Onlar o biriləri ilə müqayisə olunmazdır. Bir gün həmkarlarımdan biri Rafaellə Coşqunu tənqid edirdi, dedim ki, burda saxla. Söylədim ki, yadında saxla, Rafallə Coşqun 4 il İncəsənət Universitetinin içərisində gəzib. O abu-havada nəfəs alıbsa, demək ki, nəsə var”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 47730
avatar

Yalçın UĞUR

Oxşar yazılar