Müğənni Elvin Babazadə
11 oktyabr 2021 13:23 (UTC +04:00)

Müğənni Elvin Babazadə

Elvin Babazadə Qələbə günü "Sülh göyərçin"i uçuracaq – FOTOLAR

Sevilən estrada müğənnisi Elvin Babazadə 44 günlük zəfər müharibəsi dönəmində yazdığı vətənpərvər mahnısını 8 noyabr Qələbə günündə dinləyicilərinə təqdim edəcək.

Lent.az-a danışan ifaçı, bu layihəsinin də kifayət qədər maraq doğuracağına əmindir: "9 illik peşəkar səhnə fəaliyyətimdə ilk dəfədir ki, vətənpərvərlik mövzusunda ilk mahnı ərsəyə gətirdik. Sözləri mənə məxsus olan "Göyərçin" mahnısı düşünürəm ki, repertuarımda əsas və önəmli əsərlərdən biri olacaq. Yaşadığım ən dərin hislər musiqi ilə öz vəhdətini tapdı. Komanda olaraq qərar verdik ki, "Göyərçin" məhz Qələbə günümüzdə, klipi ilə eyni anda işıqüzü görsün". Məlumat üçün bildirək ki, Elvin Babazadə 2012-ci ildən müğənni kimi fəaliyyət göstərir. Əsas hitləri "Sevirəm de", "Etiraf", "Rak-Tak-Tak", "Əzizim ana", "Duy vicdanını"dır. 2019-cu ildə Azərbaycan və ərəb dillərində oxuduğu "Sənə Varam" mahnısının klipində eşitmə və danışma məhdudiyyəti olan insanlara yer ayıran sənətçinin bu sosial addımı, insanlar tərəfindən rəğbətlə qarşılanıb.

# 2925
avatar

Yalçın UĞUR

Oxşar yazılar