Aktyor Elməddin Cəfərovun səhhətində problem yaranıb.
Lent.az-a açıqlama verən aktyor bildirib ki, illərdir qulaq ağrısından əziyyət çəkir: “Atalar-analar övladlarına bir çox nemətlər miras qoyur. Mənə də irsi keçən qulaq xəstəliyim var. Uşaqlıqdan bu ağrılar ara-sıra olur. Hələ ki, bu ağrılara dözürəm. Bilmirəm hara qədər dözə biləcəm. Buna görə də müalicə olunuram. Yenidən həkimə getməliyəm. 41 ildir ki, bu ağrılar mənimlədir”.