Müğənni Əlikram Bayramovun telekanallardan birində çıxışı müzakirələrə səbəb olub.
Lent.az-ın xəbərinə görə, mini ətəkli qızların əhatəsində mahnı oxuyan müğənnini özünü xeyriyyəçi kimi təqdim edən və hazırda həbsdə olan türkiyəli Adnan Oktara bənzədiblər.
Onun şəkillərini paylaşaraq “Adnan oktar və kedicikləri” şəklində şərhlər yazılıb. Sosial şəbəkələrdə müğənni yox, onu əhatə edən xanımların geyimləri tənqid olunub.