Əli Mirəliyev SÜKUTU POZDU:  "Toliklə Gülbaharı məhkəməyə vermişik"
11 dekabr 2023 17:41 (UTC +04:00)

Əli Mirəliyev SÜKUTU POZDU: "Toliklə Gülbaharı məhkəməyə vermişik"

“Gülbaharı da, Toliki də məhkəməyə vermişik”.

Bu sözləri açıqlamasında Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyevanın onu məhkəməyə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, sözügedən məsələnin böyüməsində Tarix Əliyevin ( Tolikin) əli var:

“Məhkəməyə onları mənim qızım verib. Bu məsələnin səbəbkarı elə Tolikdir. Gülbahar da Tolikin dəstəsindəndir.

Mərhum İlhamə xanımın dəfnində, meyitin yanında mən idim. O mənim yaxınım idi. İlhaməyə qızım, baxıcısı Fatma, Mehriban baxıb, mən baxmışam. Mehribanı da sonradan şərlədilər”.
Ə.Mirəliyev sonda İlhamə Quliyevanın oğlu haqqında danışıb:

“Orxan da yad deyil, qohumdur. İndi qalıb küçələrdə. Açığı məlumatım yoxdur. Məncə, bu söhbətləri bağlasaq, yaxşı olar”.

Xatırladaq ki, mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva müğənni Əli Mirəliyevi bacısı haqqında uzun illərdir xoşagəlməz sözlər dediyini əsas gətirərək məhkəməyə verib. O, bu haqda  televiziya verilişlərinin birində deyib. /Oxu.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5499
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar