"Sadakatsiz" serialının "Derin"i, Türkiyədə populyar aktrisalar sırasında olan Melis Sezenin sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub.
Lent.az-ın xəbərinə görə, aktrisanın bikinidə pozaları kifayət qədər "like" toplasa da, iş orasındadır ki, fotoşopu süni alınıb. Gözəl aktrisanın fotoşopda tətbiq etdiyi incəltmə proseduru ayaq və ayaq barmaqlarını bir qədər uzun göstərib. Nəticədə bu görüntü izləyicilərin gözündən yayınmayıb və xeyli reaksiya veriblər.
"Instagram"da onun bu paylaşımına "Bacı, ayağının ölçüsü neçədir?", "Deyəsən, 48 ölçülü ayaqqabı geyinirsən", "Fotoşop etmək istəyərkən 45 nömrə ayağın oldu!" və s. bu kimi ironik şərhlər yazıblar.