Elcan Rəsulovun səhhəti ilə bağlı ÖZƏL AÇIQLAMA
14 may 2024 12:01 (UTC +04:00)

Elcan Rəsulovun səhhəti ilə bağlı ÖZƏL AÇIQLAMA

Tanınmış aparıcı və aktyor Elcan Rəsulovun səhhəti ilə bağlı son durum məlum olub.

Bu barədə Lent.az-a onun köməkçisi Rauf Əlizadə məlumat verib.

Onun sözlərinə görə, aktyor mayın 13-də günorta saatlarında kəskin boğulma diaqnozu ilə Dövlət Gömrük Xəstəxanasına çatdırılıb:

“Ağır qripə yoluxub. Elə boğulma diaqnozu ilə xəstəxanaya çatdırıldı. Hazırda müalicəsi gedir. 3 gün sonra evə buraxılacaq”.

Rauf Əlizadə sosial mediada yayılan yanlış məlumatlarla bağlı xəbərdarlıq da edib:

“Yalan, yanlış məlumatlar yayırlar. Guya böyrəyi xəstədir, ya qaraciyəri partlayıb. Hamısı yalandır. Hələ bir sayt evə buraxıldığını yazıb. Yalandır. 3 gün sonra evə buraxılacaq. Ailəsi belə xəbərlərə narahat olur. Etməyin”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4452
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar