Ekranlara yeni “Eqo” gəlir - Kişilərə güvənmək olarmı?
27 yanvar 2023 10:55 (UTC +04:00)

Ekranlara yeni “Eqo” gəlir - Kişilərə güvənmək olarmı?

FOX TV izləyicilərinə “Eqo” adlı yeni bir serial təqdim edəcək.

Lent.az-ın xəbərinə görə, serial fevralın 5-dən etibarən yayımlanmağa başlayacaq.

 “Pastel Film”-in  istehsalı olan bu ekran işində Alperen Duymaz, Melisa Aslı Pamuk, Ahmet Kayakesen, Rüya Helin Demirbulut, Tuna Orhan, Hülya Gülşen Irmak, Derya Beşerler, Can Adalıer, Emirhan Dönmez, Naz Sayıner, Ahmet Şeninak və Erdal Küçükkömürcü kimi istedadlı aktyorlar rol alıblar.

Serial evlənməyə hazırlaşan bir cütlüyün anidən üzləşdikləri külli miqdarda borc, bu səbəblə yaşadıqları stress, psixoloji təzyiq, münasibətlərində yaranmış ciddi dönüşdən bəhs edir.

 Serialın yaradıcıları  tamaşaçılarla birlikdə "kişilərə güvən olarmı?" sualının cavabını axtaracaq.


 

# 2400
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar