Dünya şöhrətli müğənni Teylor Svift aktyor Co Elvinlə qalmaqallı ayrılığından dərhal sonra yeni sevgi romanına başlayıb.
Lent.az-ın məlumatına görə, müğənni musiqiçi Metti Qili ilə birlikdədir.
Teylorun meneceri onun dəli kimi aşiq olduğunu və tezliklə bu barədə açıqlama yayacağını deyib.
Teylor Svift 6 il sevgili olduğu aktyordan aprel ayının sonunda ayrılmışdı.