Dünya şöhrətli aktrisa Culiya Roberts çılpaq səhnələrə çəkilməməsinin əsl səbəbini açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 56 yaşlı aktrisa çılpaq səhnələrdən qaçmasından və hətta "Gözəlçə" filmindəki məşhur fahişə rolunda belə intim səhnələrdə geyimdə olmasından danışıb.
O, kamera qarşısında paltarlarını çıxarmaq üçün təzyiq görən digər aktrisalara dəstək olmaq istədiyini bildirib.
"Mən filmdə çılpaq olmamağı özüm seçdim. Həm uşaqlarım üçün soyunmamağa qərar verdim. Həm də feminist düşüncələrim var”,- deyə o qeyd edib.
Culiya 2002-ci ildə operator Denni Moderlə evlənib. 2004-cü ildə əkizlər Hazel Patrisiya və Finnaeus Valter dünyaya gəlib. İllər sonra üçüncü övladı Henri doğulub.
.