"Döyüldüm,  qızım atasından   imtina etdi” - Aktrisa Sonaxanım
25 yanvar 2024 15:39 (UTC +04:00)

"Döyüldüm, qızım atasından imtina etdi” - Aktrisa Sonaxanım

Aktrisa Sonaxanım Əliyeva verilişlərdən birində şəxsi həyatından danışıb.

Lent.az-ın xəbərinə görə, o əziyyətli günlər yaşadığını bildirib.

“Ayrılıqdan sonra qızımın atası ilə əlaqəsini kəsmədim. Ad günündə çağırırdım ki, kimsəsiz olmadığını görsünlər. 1

8 yaşında atası övladına da travma yaşatdı. Qızım qərar verdi ki, onun həyatında ata olan bir şəxs yoxdur, atasının soyadını daşımağa utandı. Söylədi ki, icazə ver, onun soyadından imtina edim və sənin soyadına keçim. Bu gün 21 yaşı var, universiteti bitirəcək. hüquq-mühafizə orqanlarında işləmək istəyir”, -  o bildirib. 

Aktrisa deyib ki, uşaqlıqdan döyülüb, incidilib: "Bir qız övladım var, Allaha yalvarıram ki, mənə cansağlığı versin, onu bir yerə çıxara bilim”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6324
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar