Milyonlarla insanın sevə-sevə izlədiyi “Selvi boylum, Al yazmalım” filmində birlikdə rol almış Türkan Şorayla Əhməd Məkin illər sonra Kitab Günləri festivalı çərçivəsində yenidən bir araya gəliblər.
Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Asya və Cəmşid sevgisinə həyat verən, “sevgi əməkdir” sözləri ilə insanlara həyat dərsi verən bu iki ustad sənətkar festivala fəxri qonaq kimi dəvət alıblar.
Onlar birlikdə festivalın açılışını edib, qırmızı lenti kəsiblər. Türkan Şoray festival iştirakçıları qarşısında çıxış edərək “Kitab hər zaman həyatımın bir parçası olub, onlarla dostluq etmişəm, bu dostluğumuz davam edəcək. Kaş vaxtım ola bir həftə sizinlə birlikdə ola biləm” deyib.