Müğənni Deniz Seki sosial şəbəkə hesabında qırmızı geyimdə şəkil paylaşıb və diqqəti üzərinə şəkib.
Lent.az-ın xəbərinə görə, 22 kilo arıqlayaraq fərqli görünüşə bürünən müğənnini Hadisəylə qarışdıranlar, hətta bacı adlandıranlar olub. Eyni paltardan Hadisənin də var və şəkil Hadisəninkinə çox bənzəyir.
Deniz Seki çox zaman şəkil yerləşdirərkən fotoşopdan isifadə edir və bu izləyicilərinin xoşuna gəlmir. Ona “niyə özünü bu hala salırsan?” şəklində tənqid yazanlar da olub.