Azərbaycanın tanınmış müğənnisi Damlanın (Məsumə Məmmədova) İranın Ərdəbil şəhərində konsert verdiyi salon yerli prokurorluq tərəfindən möhürlənib.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Ərdəbil prokurorluğu bunu qanunsuz mərasim keçirmək və qaydaları pozmaqla əlaqələndirib.
Yayılan videogörüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub.
Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.