Müğənni Damla
15 iyun 2021 10:18 (UTC +04:00)

Müğənni Damla

Damlanın ailəsi niyə dağılıb ? - Əri barədə danışdı

Müğənni Damla evliliyinin dağılmasından danışıb. Lent.az xəbər verir ki, “Dəyişən cavab” verilişində bu sözləri deyib:

"Çox az müddət ailəli qaldım. Bu evliliyə görə peşman deyiləm. Çünki yaşama səbəbim oğlum var. Yaşandı, bitdi. İndi arada hörmət var. Mən yox, övladım atası ilə görüşür.

Keçmiş həyat yoldaşım məni 17 yaşımda qaçırıb. İndi ailəlidir, övladı var. Allah xoşbəxt etsin, evliliyi daimi olsun. Xəyanət haqda danışmaq istəmirəm. Evləndikdən sonra xaricə getdik. Onun orada başqa ailəsi var idi, buna görə də evlilik bitdi. Yuvamı yıxdılar, oğlumu atasız qoydular. Ona görə də heç bir qadına onu yaşatmaram. Heç bir insanın həyatı və duyğuları ilə oynamaq olmaz".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7173
avatar

Yalçın UĞUR

Oxşar yazılar