Con Kennedinin bir kişi  ilə sevgi münasibəti  olub
01 mart 2025 10:43 (UTC +04:00)

Con Kennedinin bir kişi ilə sevgi münasibəti olub

ABŞ-ın keçmiş mərhum prezidenti Con Kennedi Konnektikutda oğlanlar üçün elit internat məktəbində oxuduğu vaxt tanış olduğu Kirk Lemuan Billinqs adlı biri ilə sevgi bağları birləşdirirdi.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Lem üçün bu, ilk baxışdan sevgi idi. Con Kennedi onun malik olmadığı hər şeyə sahib idi: xarizmatik, özünə güvənən, təkcə digər tələbələr arasında deyil, həm də qızlar və qadınlar arasında asanlıqla populyar olan biri idi. Ən azından əvvəlcə Con başa düşmürdü ki, Lem ona romantik hisslər bəsləyir.

Lakin dostluqlarının müəyyən bir mərhələsində Lem öz arzularını tualet kağızına yazdığı bir məktubda Cona etiraf edib. Bu qeyd tarixdə itib, amma Conun yazdığı cavab qalıb: “Zəhmət olmasa, bir daha mənə tualet kağızında yazma, - Kennedi cavab vermişdi. - Mən elə oğlan deyiləm”.

Bununla belə, dostunun gey olduğunu başa düşmək Kennedinin Lemlə dostluğunu davam etdirməsinə mane olmadı.

Lem Kennedilərin məşhur Keyp-Kod malikanəsində daimi qonağa çevrilib və hər zaman Conun yanında olub. Onların sinif yoldaşı Rip Horton Kennedinin tam mənada Lemə necə sahib çıxdığının şahidi idi.

Horton, Kennedinin bioqrafı Neysil Hamiltona belə deyib: "Con, Lemdə ömürlük bir kölə tapmışdı. O, Conun paltarlarını yuyurdu. Gecə yarısı soyuqda pizza almağa qaçırdı. Conun həmişə beli ağrıyırdı və Lem onun pulsuz masajçısı oldu, bu iş ona zövq verirdi".

Kennedi öldürüldükdən sonra Lem iddia edirdi ki, o, tez-tez Cona oral seks edirdi.

Bununla belə, Kennedinin bir tərəfi Lemin seksual orientasiyasını qəbul etmək istəmirdi. Onların arasındakı geniş yazışmalar arasında – hansıları ki, Billinqs Kennedinin "bu məktubu yandır" qeydlərinə baxmayaraq saxlamışdı – seksual qələbələr və onanizmlə bağlı açıq-saçıq hekayələr var idi.

Con bir dəfə belə bir fikir irəli sürmüşdü ki, onlar bakirəliklərini birlikdə itirməlidirlər. Billinqs razılaşmışdı. Onlar Nyu-Yorkda bir fahişəxanaya getdilər. Con təkid etdi ki, bir fahişəni birlikdə paylaşsınlar. Bu üçlü macəranın uğurlu olub-olmadığı məlum deyil, amma "Billinqs və Con “zöhrəvi xəstəlikdən” dəhşətli bir panika içində geri qayıtdılar. Onlar xəstəxanaya getdilər, dərmanlar və kremlər aldılar.

Conun Çoat məktəbindəki albomu, hazırda Bostondakı prezident kitabxanasında saxlanılır, Lem və ya onların birlikdə olan şəkilləri ilə doludur.

Lem, əlbəttə, heç vaxt Ceki tərk etmədi. Hətta 1952-ci ildə gənc və gözəl Jaklin Buvye peyda olanda belə.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar