Coli və Pittin işi - məhkəmə aktyora qarşı sərt qərar  çıxardı
03 dekabr 2024 20:38 (UTC +04:00)

Coli və Pittin işi - məhkəmə aktyora qarşı sərt qərar çıxardı

Ancelina Coli keçmiş əri Bred Pittlə davam edən məhkəmə çəkişməsində böyük hüquqi qələbə qazanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Pittə Coli və onların uşaqlarına qarşı zorakılıq sübutlarını ehtiva edən sənədləri və yazışmaları təqdim etməyi tapşırıb. 

İddia, Colinin 2022-ci ildə Pittin razılığı olmadan satdığı Fransadakı şərab zavodu “Chateau Mirabel”dən irəli gəlir. 

“Daily Mail”in yaydığı sənədlərə görə, aktrisa Pittin illərdir zorakılıq etdiyini iddia edir. Əsas epizodlardan biri 2016-cı ildə şəxsi təyyarənin göyərtəsində baş vermiş insidentdir. Colinin dediyinə görə, Pitt onun və uşaqlarının üzərinə şərab və pivə töküb. Onun sözlərinə görə, bu hadisə onların evliliyində dönüş nöqtəsi olub.

Colinin sənədləri göstərir ki, Pitt dəfələrlə davranışını gizlətməyə çalışıb. O, iddiaların ictimaiyyətə açıqlanmaması üçün 2016-cı ildə ona 8,5 milyon dollarlıq gizli müqavilə təklif etdiyini iddia edir.

Coli və Pitt arasında hüquqi mübarizə bir neçə ildir davam edir. İş zorakılıq iddiaları ilə yanaşı, əmlak və maliyyə müqavilələri məsələsini də əhatə edir. Pitt sui-istifadə ittihamlarını qəti şəkildə rədd edir.

Məhkəmənin qərarı təqdim edilmiş materialların təhlilinə yol açır ki, bu da iş üzrə əsas sübut ola bilər. Colinin qələbəsi onun ədalət axtarmaq əzmini vurğulayır və onların mürəkkəb münasibətlərinin təfərrüatlarına yeni işıq salır və geniş ictimai etirazlara səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar