Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopesin əri, aktyor Ben Afflekdən ayrılmaq istəməsi barədə söz-söhbətlər dolaşır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, cütlük mediaya xoşbəxt görüntülər təqdim eləsə də, onların münasibətlərinin pozulduğu bildirilir. Onun boşanma məsələləri üzrə ixtisaslaşmış vəkili axtarması barədə faktlar üzə çıxıb. Lopesin özünü qorumaq üçün planlar tutduğu bildirilir.
Onun vəkilləri ilə nikah müqaviləsi üzərində işlədiyi də iddia edilir.
Ben Afflekin isə xanımının bu qərarını dəstəklədiyi, nikah müqaviləsinə əsasən, cütlük ayrılarsa varidatlarının yarıbayarı bölünəcəyi bildirilib.
Ben Afflek 200 milyon dollar, Cennifer Lopes isə 400 milyon dollar varidat sahibidir.
Cütlük 20 illik dostluqdan sonra 2022-ci ildə ailə qurub.