Ceki Çana  nə oldu?  - Son halı sevənlərini üzdü
09 aprel 2024 18:57 (UTC +04:00)

Ceki Çana nə oldu? - Son halı sevənlərini üzdü

Dünya şöhrətli aktyor Ceki Çanın sosial şəbəkədə yayılan son fotosu böyük müzakirələrə səbəb olub.

Lent.az-ın xarici mediaya istinadən xəərinə görə, aprelin 7-də 70 yaşı tamam olan aktyor sosial şəbəkə hesabında şəklini paylaşıb. Şəkildə saçı və saqqalı ağ, çox qoca görünən Ceki Çanın birdən-birə bu qədər qocalması onu sevənləri üzüb. Aktyora nə olduğuna dair çoxlu suallar verilib.

Ceki Çan izləyicilərini çox intizarda qoymayıb və  yeni rolu üçün belə göründüyünü bildirib.

“Yeni rolum üçün saçlarımı, saqqalımı ağartdım. Yaşlı görünməm lazımdır, sağlığım yerindədir”.

# 5676
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar