Dünya şöhrətli müğənni Castin Biberin xanımı model Heyli Biber perioral dermatit xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, model, bloger və iş qadını olan Heyli Biber ağır xəstəliyindən 7 ildir əziyyət çəkdiyini, heç bir müalicənin kömək etmədiyini söyləyib.
Castin Biber model Heyli Bolduinlə 2018-ci ilin sentyabrında evlənib. Heyli Hollivud ulduzu Stiven Bolduinin qızıdır.